“Marvel” filmlərində Hulk obrazı ilə tanınan amerikalı aktyor Mark Ruffalo İsrailin Baş naziri Benyamin Netanyahunu sərt şəkildə tənqid edib.
Ruffalo sosial şəbəkədəki paylaşımında Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Kerim Xanın vəzifədən azad edilməsinin Qəzzada törədildiyi iddia olunan hərbi cinayətləri unutdurmayacağını bildirib.
“Ədalətdən qaça bilməzsən. Tarixi də dəyişdirə bilməzsən. Sən manyak qatilsən və həmişə belə xatırlanacaqsan”, – deyə aktyor Netanyahuyə müraciət edib.
Kerim Xan haqqında irəli sürülən cinsi sui-istifadə iddiaları ilə bağlı intizam prosesindən sonra 24 iyulda üzv dövlətlərin səsverməsi ilə vəzifədən azad edilib. O, ittihamları rədd edib və qərardan şikayət verəcəyini açıqlayıb.

Bildirilib ki, Xanın vəzifədən uzaqlaşdırılması Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qallant barəsində əvvəllər verilmiş həbs orderlərinə təsir göstərmir.
Netanyahu isə Kerim Xanın vəzifədən azad edilməsini müsbət qarşılayıb. Ruffalonun buna cavab olaraq etdiyi paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

