İlk övladını gözləyən Melike Şahin Harbiye Açıqhava səhnəsində pərəstişkarları ilə görüşüb.
Doğuşuna az müddət qalan müğənni böyüyən qarnı və səhnə performansı ilə tamaşaçıların alqışını qazanıb.
Konsertdən əvvəl dinləyicilərinə öz xətti ilə yazdığı məktubları paylayan Şahin, ana olmadan əvvəlki son konsertlərində onu tək qoymayan pərəstişkarlarına təşəkkür edib.
Müğənni məktubunda mahnılarının həm özünə, həm dinləyicilərinə, həm də bətnindəki oğluna şəfa gətirməsini arzulayıb.

