Türkiyəli məşhur müğənni Gülben Ergen 35 illik karyerasından sonra vəsiyyətnaməsini hazırladığını açıqlayıb.
Sosial şəbəkə hesabında paylaşım edən sənətçi vəsiyyətnaməsini sağlam olduğu və düşüncələrini aydın şəkildə ifadə edə bildiyi dövrdə yazdığını bildirib.
“Vəsiyyətnaməmi sağlamlığım yerindəykən, ağlım başımdaykən yazdım. Onu vəkilimdən əvvəl təhvil verəcəyim yeganə insan övladlarımın atasıdır. Rahatlıqla və güvənlə”.

Ergen sənədi üç oğlunun atası, keçmiş həyat yoldaşı Mustafa Ərdoğana təhvil verəcəyini bildirib.
Müğənni 35 il fasiləsiz çalışdığını, artıq həyat tempini azaltmağa və özünə daha çox vaxt ayırmağa başladığını da qeyd edib.
Xatırladaq ki, Gülben Ergen və Mustafa Ərdoğan 2004-cü ildə evlənib, 2012-ci ildə boşanıblar.

