iyn
2023
11:53
219

"Almaniya Avropada siyasi və iqtisadi liderliyini tezliklə itirəcək" - Medvedyev

1 iyn, 2023
11:53
219

"Almaniya Avropada siyasi və iqtisadi liderliyini tezliklə itirəcək" - Medvedyev

“Avropa Ukraynadakı münaqişəyə qarışdığı üçün yoxsullaşır”.

Den.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib: "Ukraynaya dəstəyin və Rusiyaya qarşı sanksiyaların mənfi nəticələri artıq Avropada hiss olunur. Bu, rəsmi olaraq tənəzzülə uğramış Almaniyaya da aiddir", - Peskov bildirib.

“Onlar artıq iqtisadi baxımdan bu mənfi nəticələri yaşayırlar. Bilirik ki, Almaniya ötən həftə inflyasiya sabit 7%-dən yuxarı olduğu üçün rəsmi tənəzzülə girdi. Yəni, hər il burgerlər 7% yoxsullaşır. Onlar buna dözməyəcəklər", - Peskov vurğulayıb.

Bloomberg nəşri yazır ki, Almaniya koronavirus pandemiyasından bəri ilk tənəzzülü yaşayır. Birinci rübdə istehsal oktyabr və dekabr ayları arasında 0,5% azalıb. Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, aprel ayında ölkədə inflyasiya 7,2% səviyyəsində gözlənilib. Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Almaniyanın indiki kursunu davam etdirəcəyi təqdirdə vahid Avropada siyasi və iqtisadi liderliyini tezliklə itirəcəyini açıqlayıb.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar