26 
avq
2023
15:55
151

Şəhriyar Rəhimov dəfn olundu

26 avq, 2023
15:55
151

Şəhriyar Rəhimov dəfn olundu

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan futboluna ağır itki üz verdi.

Azərbaycan milli komandasının sabiq üzvü Şəhriyar Rəhimov uzun sürən xəstəlikdən sonra müalicə aldığı Türkiyədə dünyasın dəyişib.

"Rəvan", AZAL, "Karvan", "Kəpəz", "Səbail" və "Zirə" kimi klublarda çıxış etmiş Rəhimovla bu gün yaşadığı binada vida mərasimi keçirilib.

Mərhumla vida mərasimində ailə üzvləri ilə yanaşı AFFA, Peşəkar Futbol Liqasının rəsmiləri eləcə də digər klubların nümayəndələri və çox sayda futbolçu iştirak edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar