Pakistan ordusu Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərinə zərbə endirib.
Güclü partlayış səsinin şəhərin bütün rayonlarında eşidildiyi bildirilir.
TOLOnews xəbər verir ki, bu barədə Əfqanıstan hakimiyyətinin nümayəndəsi Zəbihullah Mücahid məlumat yayıb.
Onun sözlərinə görə, Pakistan hərbçiləri Qəndəhar ərazisindəki səhralıq bölgəni hədəfə alıblar.
Hücum nəticəsində hər hansı dağıntı və ya maddi ziyan qeydə alınmayıb.
Bununla belə, partlayışın kifayət qədər güclü olduğu və səsinin Qəndəharın bütün rayonlarından eşidildiyi qeyd edilib.

