Sentyabrın 25-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bakıda havanın temperaturu aşağı düşəcək, bəzi rayonlarda isə leysan və dolu ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli zəif yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyi arabir güclənəcək.
Paytaxtda havanın temperaturu gecə 20-23, gündüz 23-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə qısamüddətli leysan, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə olunacaq, qərb küləyi bəzi yerlərdə güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 18-22, gündüz 29-34 dərəcə isti, dağlarda isə gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.

