Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisi xarici turistlərin sayına görə yeni rekorda imza atıb.
Bu barədə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, “Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi 2026” yarışını izləmək üçün Bakıya 16 mindən çox xarici qonaq gəlib. Ötən il bu göstərici 14 min nəfər təşkil edib.
Bu, Azərbaycan paytaxtında indiyədək keçirilən “Formula 1” yarışları tarixində qeydə alınan ən yüksək göstəricidir.
Beynəlxalq marağın artması bilet satışlarının coğrafiyasında da öz əksini tapıb. Bu il Azərbaycan Qran-prisinə dünyanın 120-dən çox ölkəsindən azarkeşlər bilet alıblar.

