Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində ilk təsnifat mərhələsinə start verilib.
Denmedia.az xəbər verir ki, yarış Bakı vaxtı ilə saat 14:00-da başlayıb. Gün ərzində pilotlar arasında ikinci təsnifat mərhələsi də keçiriləcək.
Bundan əvvəl baş tutan sərbəst yürüşdə “ART Grand Prix” komandasının pilotu Kuş Maini ən yaxşı nəticəni göstərib.
“Rodin Motorsport” komandasının üzvü Aleks Dann ikinci, “Campos Racing”in pilotu Nikola Tsolov isə üçüncü yeri tutub.

