Bakıda 68 yaşlı kişi avtomobil idarə edərkən qəfil həyatını itirib.
Denmedia.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 68 yaşlı Zahab İrez oğlu Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobildə qəfil vəfat edib.
İlkin məlumata görə, kişinin ölümünə ürək çatışmazlığı səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

