Azərbaycanda dövlət məktəblərinin maliyyələşdirilməsi qaydası dəyişir.
Prezident İlham Əliyev ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı fərman imzalayıb.
Fərmana əsasən, 2026–2027-ci tədris ilindən başlayaraq dövlət məktəblərinin büdcədən maliyyələşdirilməsi mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək. Bu zaman məktəblərə ayrılan vəsaitin hesablanmasında şagirdlərin sayı əsas götürüləcək.
Nazirlər Kabinetinə bir ay müddətində hər şagird üzrə illik təhsil xərclərinin məbləğini, məktəblərin maliyyələşdirilməsi qaydalarını və artırıcı əmsalların tətbiqi mexanizmini təsdiqləmək tapşırılıb

