ABŞ Prezidenti Donald Trampın keçmiş baş müşaviri Alina Habba sentyabrın 26-da türkiyəli iş adamı Turhan Mildonla ailə həyatı quracaq.
Habba 2021–2024-cü illərdə Trampı hüquqi məsələlərdə təmsil edib və onun ən yaxın silahdaşlarından biri olub.
Ötən il Tramp 42 yaşlı Habbanı Nyu-Cersi ştatında prokuror vəzifəsinə təyin edib. Lakin sonradan məhkəmə bu təyinatı qanunsuz hesab edib.
Habbanın gələcək həyat yoldaşı, 29 yaşlı Turhan Mildon Türkiyənin Miller Holding şirkətinin baş direktorudur. O, Konqo Demokratik Respublikası və Venesuelada iri ticarət əməliyyatlarında iştirakı ilə tanınır.

