14 
avq
2023
02:41
194

The Sun: “Barbi”nin prodüserləri filmin ikinci hissəsi üzərində işləyirlər

14 avq, 2023
02:41
194

The Sun: “Barbi”nin prodüserləri filmin ikinci hissəsi üzərində işləyirlər - FOTO

İyulun ikinci yarısında dünya nümayişinə çıxan “Barbi” (Barbie) filminin prodüserləri rekord qonorar fonunda artıq ikinci hissə üzərində işlərə başlayıblar.

Den.az” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Sun” qəzeti film sənayesindəki mənbələrə istinadən məlumat yayıb.


“Barbi” filmini hazırlamış komanda davamı üzərində işləri müzakirə etmək üçün əlaqə saxlayıb. Bu hələ ilkin mərhələdədir, lakin aydındır ki, boslar sikvel üçün birinci filmi çəkən eyni komandanı istəyirlər” , - mənbə bildirib.


Qeyd edək ki, “The New York Times” qəzetinin avqustun 6-da yaydığı məlumatına görə, “Barbi” digər “Warner Bros” filmlərindən daha tez 1 milyard dollar qazanıb. Bunun üçün baş rollarda Marqo Robbi və Rayan Qoslinqin çəkildiyi filmə 17 gün kifayət edib. Bundan öncə rekord “Harri Potter və ölüm yadigarları: II hissə” (2011) lentinə məxsus idi - 19 gün.(Report)


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar