Xəbərin Kateqoriyası: Şou-Biznes / Xəbərlər / Maraqli məlumatlar

“Eurovision” təşkilatçıları İsraili hiddətləndirib

“Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları, o cümlədən Avropa yayım ittifaqı İsraili gələn ilki mahnı müsabiqəsini Qüdsdə keçirməməyə çağırıb.

Den.Az xəbər verir ki, bu haqda “Ynetnews” portal məlumat yayıb.

Təşkilatçılar müsabiqənin hər hansı münaqişələrə və ya etirazlara yol aça biləcək məkanda keçirilməsinə qarşı olduğunu bildirib.

Avropa yayım ittifaqı üzvləri İsrail nümayəndələri ilə işgüzar görüş zamanı bu şərtləri irəli sürüb.

İttifaq hesab edir ki, İsrail konkursu Qüdsdə keçirsə, bir çox Avropa ölkələri mahnı müsabiqəsini boykot edə bilər.

Xatırladaq ki, may ayında “Eurovision” təşkilatçıları fanatları İsraildəki konkurs üçün bilet sifariş etməyə tələsməməyə çağırmışdı.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız