ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-si və ya 23-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında bildirib.
Vens Ukraynadakı münaqişənin nizamlanması istiqamətində irəliləyiş gözlədiyini qeyd edib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə beynəlxalq münaqişələr arasında həlli ən çətin olanıdır.
“Biz bu münaqişənin həlli üçün səylərimizi davam etdirəcəyik və düşünürəm ki, nəticədə o, öz həllini tapacaq”, – deyə Vens vurğulayıb.

