Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla birlikdə Ukraynanın enerji və mülki infrastrukturuna zərbələrin dayandırılması üçün moratoriumun razılaşdırılması istiqamətində çalışmağa hazır olduğunu bildirib.
Makron bu barədə Nyu-Yorkda Trampla keçirdiyi görüşdən sonra “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Ukraynada enerji obyektlərinə və mülki infrastruktura zərbələrin dayandırılması üçün moratoriumun əldə edilməsi istiqamətində birlikdə çalışacağıq”, – deyə Fransa lideri vurğulayıb.
Makron həmçinin Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması şərtləri üzrə ciddi danışıqların aparılmasının tərəfdarı olduğunu bildirib.

