Noyabr ayında zəif və güclü maqnit qasırğaları gözlənilir.
Den.az-ın xarici mediaya istinadən xəbərinə görə, Günəş aktivliyi hər bir insana fərqli təsir göstərir. Bəziləri üçün depressiv əhval-ruhiyyə və ya miqren, digərləri üçün isə xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olur.
Noyabrda maqnit qasırğaları ayın 18-20, 24-26, 29-30-da olacaq.
Noyabr ayının təhlükəli tarixlərinin təqvimi:
• 18-20 noyabr – zəif geomaqnit qasırğası;
• 24-26 noyabr – orta geomaqnit qasırğası;
• 29-30 noyabr – zəif qasırğa.
Hər bir insan maqnit qasırğalarını hiss edə bilər. Bu dövrdə meteohəssas insanlar xüsusilə diqqətli olmalıdırlar. Ən çox müşahidə olunan əlamətlər bunlardır:
• depressiv əhval-ruhiyyə və əsəbilik,
• qan təzyiqinin artması və ya azalması,
• yuxunun pozulması,
• oynaq ağrısı,
• apatiya və ya narahatlıq,
• baş ağrısı və başgicəllənmə,
• xroniki xəstəliklərin kəskinləşməsi.
Təhlükəli günlərdə sadə tövsiyələrə əməl etməlisiniz:
►Fiziki fəaliyyətlə məşğul olun.
►Sağlam qidalanmaya riayət edin.
►İstirahət edin və kifayət qədər yatın.
►Daha çox təmiz su için.
►Spirtli içkilər və yağlı qidalar qəbul etməyin.
►Stressdən və narahatedici hadisələrdən çəkinin.
►Lazımi dərmanlar üçün evinizdəki ilk yardım dəstinin içindəkiləri yoxlayın.
Noyabr ayında gözlənilən maqnit qasırğaları ilə bağlı XƏBƏRDARLIQ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.