Avropa Parlamentinin (AP) Polşadan olan deputatı Dominik Tarçinski Belarus sərhədində qeyri-qanuni miqrasiyaya qarşı tətbiq edilən təhlükəsizlik tədbirləri ilə bağlı sərt xəbərdarlıq edib.
Denmedia.az Haberler-ə istinadən bildirir ki, nəşrinin məlumatına görə, polşalı siyasətçi sərhədi zorla keçməyə və təhlükəsizlik qüvvələrinə hücum etməyə çalışan şəxslərə səslənib.
“Polşa sərhədinə gəlməyin. Əsgərlərimizə zərər verməyə çalışmayın, əks halda güllələnərək öldürüləcəksiniz”, – deyə Tarçinski bildirib.
Deputat sərhəddə xidmət edən hərbçilərin müəyyən hallarda odlu silahdan istifadə etmək səlahiyyətinə malik olduqlarını vurğulayıb. O, Polşanın qeyri-qanuni miqrasiyaya qarşı sərt təhlükəsizlik siyasətini müdafiə edib.
Bununla belə, Polşa qanunvericiliyi sərhədi qanunsuz keçən hər bir şəxsin güllələnməsinə icazə vermir. 2024-cü ildə qəbul edilən sərhəd təhlükəsizliyi ilə bağlı qanun dəyişiklikləri silahdan istifadəni müəyyən şərtlərlə tənzimləyir.
Polşa ilə Belarus sərhədində davam edən miqrasiya böhranı fonunda Varşava təhlükəsizlik tədbirlərini gücləndirib. Sərhəd boyunca hasarlar, maneələr və əlavə hərbi qüvvələr yerləşdirilib.

