Bakıda yerləşən Hökumət Evində fəaliyyət göstərən dövlət qurumları Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar sentyabrın 23-dən distant iş rejiminə keçəcək.
Qərara əsasən, məsafədən iş rejimi sentyabrın 28-dək davam edəcək.
Buna səbəb Formula 1 yarışlarının keçirildiyi Bakı Şəhər Halqasının Hökumət Evinin yaxınlığından keçməsi və yarışlarla əlaqədar ərazidə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyətlərdir.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-prisi sentyabrın 24–26-da Bakıda keçiriləcək.

