Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrinin rəsmi açılış mərasimində iştirak edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Nazirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ümumi müzakirələr dünya liderlərini və BMT-yə üzv dövlətlərin nümayəndələrini bir araya gətirir.
Tədbir çərçivəsində aktual qlobal və regional çağırışlar ətrafında fikir mübadiləsi aparılır, sülh, təhlükəsizlik və dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığın təşviqi məsələləri müzakirə olunur.

