ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə enerji obyektlərinə hücumların dayandırılması məsələsini müzakirə etmək niyyətindədir.
Bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, görüşdə Trampın daha əvvəl irəli sürdüyü “enerji atəşkəsi” təşəbbüsü müzakirə olunacaq.
“Söhbət hücumların dayandırılması baxımından vəziyyətin dondurulmasından gedir. Biz məhz bunu təklif edəcəyik. Hesab edirik ki, enerji infrastrukturuna hücumların dayandırılması çox yaxşı ideya olardı. Bu halda nə Ukraynanın infrastrukturu, nə də Rusiyanın enerji təchizatı hücumlara məruz qalacaq. Bu, ideal nəticə olardı”, – deyə Rubio bildirib.
Dövlət katibi qeyd edib ki, Vaşinqton bu təklifi artıq digər ölkələrlə də müzakirə edib. Onun sözlərinə görə, əsas çətinlik münaqişə tərəflərinin hər ikisi ilə razılığın əldə olunmasıdır.
Rubio həmçinin Ukrayna tərəfindən Amerika gəmilərinə hücum edilməsi ilə bağlı ABŞ-nin narahatlığını ifadə edib və bu məsələnin təcili həllinə çağırıb.

