Ağdaşda 14 yaşlı yeniyetmə ehtiyyatsızlıq edərək qonşusuna tır tüfəngi ilə xəsarət yetirib.
Denmedia.az xəbər verir ki, hadisə rayonun Molla Pənah Vaqif küçəsində qeydə alınıb.
Əldə etdiyimiz məlumata görə hadisə rayon sakini 14 yaşlı yeniyetmənin ehtiyyatsızlığı ucbatından baş verib.Belə ki, rayon sakini 14 yaşlı yeniyetmə atasına məxsus tır tüfəngi ilə ehtiyyatsız davranması qonşusu rayon sakini 51 yaşlı Mətanət Quliyevanı qarın nahiyəsindən yaralayıb.Qadın xəstəxanaya yerləşdirilib və həkim nəzarətinə götürülüb.
TƏBİB dən bildirildi ki, bir neçə gün bundan öncə 1975-ci il təvəllüdlü şəxs (qadın) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qarın boşluğuna yad cismin batması diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Pasiyent ixtisaslı tibbi xidmət göstərilməsi üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında müalicəsi davam etdirilən pasiyentin vəziyyəti stabil olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

