Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda yerləşən məktəbdə silahlı hücum nəticəsində 11 şagird yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, hücumu törədən azyaşlı ilə yanaşı, onun anası, atası və hadisədə istifadə olunan silahla əlaqəsi müəyyən edilən babası da saxlanılıb.
Nazirin sözlərinə görə, silahın azyaşlının əlinə necə keçdiyi və hadisənin arxasında həmyaşıd zorakılığının dayanıb-dayanmadığı araşdırılır.
Hadisə ilə bağlı istintaq davam etdirilir.

