Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxtın ali təhsil müəssisələrində dərslər distant formata keçiriləcək.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yarışların keçirilməsi ilə əlaqədar müvafiq əmr imzalanıb.
Əmrə əsasən, sentyabrın 23-dən 25-dək Bakıdakı ali təhsil müəssisələrində dərslər onlayn formatda təşkil olunacaq.
Qərar tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə qəbul edilib.

