Günəş fəallığı son sutka ərzində yüksək səviyyədə olub. İyulun 23-də Günəş səthində bəzi oblastlarda güclü M3.9/Sn (R1-minor), iyulun 24-də isə şərq hissədə M2.4 alışmaları baş verib.
Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından “Den.az”-a verilən məlumata görə, hazırda koronoqraflarda Yerə yönəlmiş tac kütlə atılması müşahidə olunmasa da, iyulun 26-dək Günəşdə M (radio rabitələri əngəlləyə bilən) və X sinif (daha güclü) alışmaların olacağı proqnozlaşdırılır. 23-25 iyul tarixlərində kiçik də olsa, S1 (minor) geomaqnit qasırğasının olma ehtimalı var.
İyulun 25-də tac kütlə atılmasının təsirinin zəifləyəcəyinə baxmayaraq, geomaqnit sahənin fəal səviyyədə qalması gözlənilir.
Hazırda geomaqnit səviyyə qeyri-stabil vəziyyətdədir. İyulun 26-dan geomaqnit sahə normal, sakit səviyyəyə enəcək.
Geomaqnit qasırğası müşahidə olunur

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.