26 
avq
2023
13:00
212

Azərbaycanda COVİD-in yeni ştammı varmı? - RƏSMİ CAVAB

26 avq, 2023
13:00
212

Azərbaycanda COVİD-in yeni ştammı varmı? - RƏSMİ CAVAB

Covid-19 pandemiyası başa çatsa da, virus mutasiaya uğramaqda davam edir.

Den.az xezerxeber.az-a istinadən xəbər verir ki, cari ilin əvvəlində yüksək paylanma effektivliyi ilə ortaya çıxan yeni EG.5 növü olan ERİS-ə dünya üzrə yoluxmaların sayı durmadan artır.

İnfeksionist Vasif Əliyev bildirib ki, yoluxma sayı artsa da, ölüm sayı 48 faiz azalıb.

Tibb mütəxəssisi bildirib ki, koronavirusun bu ştammına yoluxma riski çox yüksək olsa da, ölüm riski aşağıdır.
TƏBİB-dən bildirilib ki, Covid-19 virusuna yoluxmaların sayının mövsümi olaraq artması gözlənilir. Müxtəlif ölkələrdən olan şəxslərin hava limanı, təyyarə, kütləvi əyləncə məkanları kimi qapalı yerlərdə bir araya gəlməsi yoluxmaların artmasına təkan verə, yeni ştamların yayılmasına səbəb ola bilər.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar