18 
iyn
2023
18:04
163

Azərbaycanda son sutkada 4 nəfər koronavirusa yoluxub

18 iyn, 2023
18:04
163

Azərbaycanda son sutkada 4 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada infeksiyaya 4 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 1 nəfər sağalıb.
İndiyədək ölkədə ümumilikdə 831 894 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 599 nəfər müalicə olunaraq sağalıb, hazırda 14 aktiv xəstə var. Bu günə qədər 10 281 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 470, bu günə qədər isə ümumilikdə 7 637 009 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 45 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 966 395 olub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar