26 
may
2023
19:49
200

Qərbi Azərbaycanlı Cəbrayıl İsmayılov 51 il öncə Ulu Öndər Heydər Əliyevin ona verdiyi hədiyyəni muzeyə təqdim etmək istəyir

26 may, 2023
19:49
200

Qərbi Azərbaycanlı Cəbrayıl İsmayılov 51 il öncə Ulu Öndər Heydər Əliyevin ona verdiyi hədiyyəni muzeyə təqdim etmək istəyir - FOTO

Ulu Öndər Heydər Əliyevin hədiyyəsi​ olan avtomobili 52 ildir​ saxlayan Cəbrayıl dayı onu muzeyə təqdim etməyi düşünür.

DEN.AZ xəbər verir ki,Əslən Qərbi Azərbaycandan olan İmişli sakini İsmayılov Cəbrayıl Cabbar oğlu, Heydər Əliyevin ona hədiyyət etdiyi Qaz 24 markalı maşını nə az nə çox düz 51 ildir qoruyub saxlayır. Həmin yadigarı Cəbrayıl dayı indi Heydər Əliyev muzeyinə təddim etməyi düşünür.​ Əməkdaşımız Cəbrayıl dayı ilə görüşüb onunla həmsöhbət olub.

İsmayılov Cəbrayıl Cabbar oğlu 1941-ci ildə Vedi rayonu Gilanlar kəndində dünyaya göz açıb. Keşməkeşli həyat yolu olan Cəbrayıl dayı 1961-ci ildə ailəsi ilə birlikdə doğma yurdundan deportasiya olunub. Elə həmin ili Cəbrayıl İsmayılov və yaxınları İmişli rayonu Şahverdili kəndində məskunlaşmalı olub. Zəhmətkeşliyi ilə seçilən Cəbrayıl dayı əkin biçin işi ilə məşğul olub və əsasən də pambıqçılıqda uğurlu nəticələr əldə edib. Cəbrayıl dayı həmdə yaxşı mexanizator olub, o dövürdə əvvəlcə Mirbəşir Qasımov kolxozunda, daha sonra Qələbə kolxozunda çalışıb. Birinci dərəcəli mexanizator olub. İmişlidə ilk dəfə çarpaz becərməni​ də o görüb. Əmək fəaliyyətinə görə isə müxtəlif medallarla təltif olunub və onun çəkdiyi zəhmət qarşılıqsız qalmayıb. Cəbrayıl dayı deyir ki, 1972-ci il idi Heydər Əliyev İmişliyə səfər etmişdi, həmin dönəm də maksimum məhsuldarlıq göstəricisi ilə yəni 350 sentner pambıq təhvil vermişdim. Bu məqam Heydər Əliyevin diqqətindən yayınmadı elə həmin ili başladığım ev tikntisi Heydər Əliyevin göstərişi ilə davam etdirilidi. Evin bəzək üçün boyaları, tikinti materialları ən yüksək keyifiyətli inşaat mallarından təşkil olundu və elə həmin il ev tam inşa olundu. Bu evdə olan çıl-çıraqdan tutmuş boyasına qədər hər biri 1952-ci ilin yadigarıdı qoruyub saxlayıram deyə Cəbrayıl dayı bildirib. Heydər Əliyevin ona verdiyi ən böyük hədiyyəsi isə Qaz-24 markalı minik avtomobili olub. Avtomobil 51 il ərzində Cəbrayıl dayı tərəfindən qorunub saxlanılır və bu ötən illərdə maşın cəmi 83 min km yol qət edib. Hətta avtomobilin hər bir detalı da zavod istehsalıdır. Cəbrayıl dayı​ həmçinin onu da deyir ki, Heydər Əliyev hər zaman zəhmət adamlarının yanında olub, onlara dəyər verib. Pambıq sahələrinə baş çəkəndə, sadə zəhmət adamları ilə görüşəndə onların qayğıları ilə maraqlanıb və həmin şəxslər sırasında mən də yer aldığım üçün çox xöşbəxtəm ona görə də bu maşını bir növ əmanət kimi qorumağı özümə mənəvi borc bilmişəm. Bu maşın 51 illik etibarlı yoldaş olub mənə, maşını minib xeyrimə-şərimə hər işimə getmişəm. İndi isə İstəyirəm bu maşını Heydər Əliyev muzeyinə təvil verim. Elə olsun mənim kimi o maşına baxan olsun.​ Mən elə necə​ saxlamışamsa bundan belə də bu avtomobil qorunub saxlanılsın.








































DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar