Ağdam rayonu ilk köçə hazırlaşır.
Den.az Milli.az-a istinadən xəbər verir ki, Ağdamın Kəngərli, Sarıcalı, Xıdırlı, Baş Qərvənddə evlərin tikintisi davam edir. Kəngərlidə 292, Sarıcalıda 203, Xıdırlıda isə 719 fərdi evin tikintisi aparılır. Qısa zamanda öz sakinlərini qəbul etməyə hazırlaşan ağdamlıların yol, su, kanalizasiya sistemlərinin infrastrukturu yenidən əsaslı şəkildə qurulur.
Həmçinin, evlərin tikilməsi təbii materiallardan istifadə edilərək və evlər ağıllı texnologiyalar vasitəsi ilə idarə olunması həyata keçiriləcək. Bütün layihələrin ən qısa zamanda həyata keçirilməsi üçün dövlət tərəfindən lazımi maliyyə və dəstək ayrılıb.
Ağdam və Füzuli rayonunda ağıllı kənd salınacaq. Bu kəndlər Ağdamın Baş Qərvənd və Füzulinin Dövlətyarlı kəndlərində həyata keçiriləcək. Ağıllı kəndlərdə günəş panellərindən istifadə ediləcək.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə hazırda 30 mindən çox insan məskunlaşıb. Onlardan 10 mini öz doğma yurdundan didərgin düşən keçmiş məcburi köçkünlərdir, 20 mindən çoxu isə həmin ərazilərin tikintisində və ərazidə olan restoran, mağaza işində çalışan insanlardır.
Ağdam sakinlərinə xoş xəbər: Qısa vaxtda...

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.