ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq niyyətindədir.
Bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner jurnalistlərə açıqlamasında bildirib.
Kuşner Vaşinqtonun həm Moskvanın, həm də Kiyevin münaqişənin həllinə böyük maraq göstərdiyini müşahidə etdiyini qeyd edib.
“Tramp Ukraynadakı münaqişəyə son qoymaq niyyətindədir”, – deyə o vurğulayıb.
Kuşnerin sözlərinə görə, humanitar missiyaların həyata keçirilməsi mülki əhalinin həyatının xilas edilməsinə kömək edir.
O əlavə edib ki, bu cür təşəbbüslər münaqişənin həlli prosesində iştirak edən tərəflər arasında qarşılıqlı etimadın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

