Türkiyəli məşhur aktyor Selahattin Paşalı ilə həyat yoldaşı Lara Paşalının boşanacağı barədə yayılan iddialara münasibət bildirilib.
Cütlüyün ayrılacağı ilə bağlı xəbərlərdən sonra aktyorun menecerlik şirkəti rəsmi açıqlama yayıb.
2022-ci ildə ailə quran və həmin il Leyla Pera adlı qızları dünyaya gələn cütlüyün evliliyində problemlər yaşandığı iddia olunub.

Daha əvvəl münasibətlərində çətin dövrdən keçdiklərini etiraf edən Selahattin və Lara Paşalı haqqında boşanma şayiələri yenidən gündəmə gəlib.
Noyabrın 12-də yayılan açıqlamada cütlüyün boşanacağına dair iddiaların əsassız olduğu qəti şəkildə bildirilib.
Selahattin Paşalı da menecerlik şirkətinin açıqlamasını şəxsi sosial şəbəkə hesabında paylaşıb.
Açıqlamada boşanma ilə bağlı əsassız məlumatların yayılmasının dayandırılması və müvafiq paylaşımların silinməsi tələb olunub.
Əks halda hüquqi tədbirlərə əl atılacağı barədə xəbərdarlıq edilib.


