Skandallarla Bağlı Şok Fakt: Lisenziyasız Klinikanın Gizli Hekayəsi!
Tanınmış Telejurnalist Qənirə Ataşova daha bir klinika haqqında şoka faktları gündəmə gətirib.
Den.az xəbər verir ki, bu barədə özü sosial media hesabında paylaşım edib.
Paylaşımı olduğu kimi təqdim edirik:
Oxuyun və görün, əziz insanlar! Tibbi diplom və vicdan olmadan insan həyatı ilə oynamaq nə qədər təhlükəlidir! Bəzi şəxslər isə nə diplom, nə də vicdan axtarır. Bu məqalədə oxuyacağınız faktlar sizi şoka salacaq!
Diqqət! Bu fotodakı şəxs — Həsənov Vüsal Şükür oğlu, Ermənistanın Krasnoselk rayonunda anadan olub, subay və Nəsimi rayonunda qeydiyyatdadır. Lisenziyasız klinika işlədir və qeyri-rəsmi münasibətdə olduğu Gülsüm Əliyeva ilə birlikdə, həkim təhsili olmadan cərrahi əməliyyatlar aparır!
Video və foto sübutlar artıq paylaşılmışdır. Və bu gün daha bir rəsmi məlumatı üzə çıxardım: Bu şəxs əvvəllər dəfələrlə məhkum olunub:
- 13.05.2004 — Bakı Suraxanı RPİ işi (Dələduzluq)
- 16.10.2004 — Mingəçevir Məhkəməsi qərarı ilə (Dələduzluq)
- 30.09.2005 — Apellyasiya Məhkəməsi (Dələduzluq)
- 11.11.2007 — Yasamal RPİ (Xuliqanlıq)
Bu qədər açıq faktlardan sonra bu adam istəsə belə məni məhkəməyə versin! Qoy sübut etsin ki, barəsindəki bu rəsmi cinayət qeydləri uydurmadır! Hər şey sübutlarla, sənədlərlə ortadadır. Dələduzluqda məhkum olunmuş biri indi insanlara şəfa verməyə çalışır!
Əziz insanlar, unutmayın: səssizlik şər üçündür, həqiqət isə qorxmaz olmalıdır.
Den.az