Azərbaycanda sabahdan hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 5-dən etibarən havanın temperaturu aşağı düşəcək.
Məlumata görə, noyabrın 5-dən 13-dək davamlı yağış yağacağı proqnozlaşdırılır.
Havanın temperaturunun 5–10 dərəcə enəcəyi, dağlıq və dağətəyi ərazilərə isə qar yağacağı gözlənilir.

