Qazax rayonunda 33 yaşlı kişinin məktəbli tərəfindən bıçaqlanması ilə bağlı yeni təfərrüat məlum olub.
Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl rayonun Yuxarı Salahlı kəndində baş verib.
Məlumata görə, 1993-cü il təvəllüdlü Xanlar Vəkilov orta məktəb şagirdini söyüb. Həmin axşam məktəbli evdən bıçaq götürərək kişiyə bir neçə zərbə endirib.
Xanlar Vəkilov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Nəşrin əldə etdiyi məlumata əsasən, yaralanan şəxs mərhum Xalq şairi Səməd Vurğunun əmisi nəvəsidir.
Faktla bağlı araşdırma aparılır.

