Prezident İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Kamran İmanov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafındakı böyük xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, noyabrın 5-də Kamran İmanovun 80 yaşı tamam olur.

