“BakıKart” və “Mastercard”ın birgə kampaniyası çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gediş üçün cəmi 1 qəpik ödəyə biləcəklər.
Bu barədə “BakıKart” məlumat yayıb.
Kampaniya Azərbaycanda fəaliyyət göstərən bankların buraxdığı “Mastercard” kartları ilə Apple Pay və Google Pay üzərindən təmassız (NFC) ödənişlərə şamil olunur.
Şərtlərə əsasən, sərnişin üç gedişin haqqını adi tariflə ödədikdən sonra dördüncü gedişdən 1 qəpiyə yararlana biləcək.
Dörd gedişin hamısını eyni gündə etmək vacib deyil. Sərnişinlər bu imkandan müxtəlif günlərdə istifadə edə bilərlər.
Bir kartla ay ərzində maksimum beş dəfə 1 qəpiklik gediş hüququ qazanmaq mümkündür.
Güzəştli gediş hüququ üç ödənişli səfərdən sonra 30 gün ərzində istifadə edilməlidir.

