Acqarına şirin çay və qəhvə içmək hər kəs üçün zərərli deyil. Orqanizm bu içkiləri normal qəbul edirsə, onları acqarına içmək mümkündür.
Bu barədə РИАМО-ya qastroenteroloq və neyroqastroenterologiya üzrə mütəxəssis Andrey Simakov danışıb.
Həkimin sözlərinə görə, acqarına çay və qəhvə içməyin mütləq zərərli olması barədə təsəvvür mifdir. Lakin bəzi insanlarda acqarına qəhvə içmək ürəkbulanma yarada və narahatlıq hissini artıra bilər.

Mütəxəssis çaya əlavə edilən şəkərin miqdarına da diqqət yetirməyi tövsiyə edib.
Onun sözlərinə görə, gündə 5–6 fincan çay içən şəxs hər fincana 2–3 qaşıq şəkər əlavə edirsə, gündəlik şəkər qəbulu həddindən artıq arta bilər.
Həkim bildirib ki, şəkərin çoxluğu bəzi insanlarda iştahanı azalda, digərlərində isə əksinə, artıra bilər.

