“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli 20 yaşında “Formula-1” üzrə dünya çempionu olaraq tarixə düşüb.
O, mövsümün 19-cu mərhələsi olan Meksika Qran-prisini üçüncü pillədə başa vuraraq çempionluğu vaxtından əvvəl təmin edib.
Antonelli şəxsi hesabda 380 xal toplayıb və ən yaxın izləyicisi, “Red Bull” pilotu Maks Ferstappeni 119 xal qabaqlayıb. Niderlandlı sürücünün hesabında 261 xal var.
20 yaşlı Antonelli “Formula-1” tarixinin ən gənc dünya çempionu olub. Bunadək rekord 23 yaşında çempionluq qazanan almaniyalı Sebastyan Fettelə məxsus idi.
İtaliyalı pilot bu uğura “Formula-1”dəki ikinci mövsümündə nail olub.
Xatırladaq ki, ötən mövsümün çempionu britaniyalı Lando Norris idi. Dünya çempionluğu sayına görə rekord isə hərəyə 7 titul qazanan Mixael Şumaxer və Lyuis Hemiltona məxsusdur.

