ABŞ Prezidenti Donald Tramp 1–7 noyabr 2026-cı il tarixlərini “Anti-kommunizm həftəsi” elan edib.
Bu barədə Ağ Ev məlumat yayıb.
Trampın imzaladığı sənəddə kommunizm və sosializm ideologiyalarının qurbanlarının xatırlanması, ölkənin azadlıq prinsiplərinin qorunması çağırışı yer alıb.
Qərar ABŞ-da Konqresə aralıq seçkilərin keçirildiyi dövrə təsadüf edib.
Noyabrın 3-də amerikalılar Nümayəndələr Palatasının bütün 435 üzvünü və Senatın müəyyən hissəsini seçmək üçün səsvermədə iştirak ediblər.
Seçkilərin nəticələri Konqresdə siyasi qüvvələr balansını müəyyən edəcək və Trampın prezidentlik müddətinin qalan iki ilində siyasi proseslərə təsir göstərəcək.

