Son zamanlar ölkənin bir neçə ərazisində iri buynyzlu mal-qara arasında müxtəlif xəstəliklərin yayıldığı müşahidə olunur.
DenMedia.az xəbər verir ki, bu səbəbdən də bazarlarda süd qatıq və digər ağartı məhsulların satışında qıtlıq yaranıb.
Məsələ ilə bağlı Kürdəmir rayon bazarında süd məhsullarının satışı ilə məşğul olan satıcıların fikrini və yaranmış qıtlığın səbəbini öyrənməyə çalışdıq.Satıcılar bildirdilər ki,artıq 10-15 gündür ki bazara ağartı məhsulları gəlmir bunun səbəbi isə mal qaraq arasında yayılan dabaq xəstəliyi ilə bağlıdır.Satıcılar bildirirlər ki bazarda süd qatıq ağartı məhsullarının satışı hazırda 90-95 faiz azalıb alıcılıq isə demək olar ki sıfıra bərabərdi.Məsələ ilə bağlı bazar rəhbərliyi bildirdi ki,heyvanlar arasında yayılan mövsümi xəstəliklə bağlı bazarda ağartı məhsullarının satışı müvəqqəti olaraq dayandırılıb və bu vəziyyət xəstəlik aradan qalxana qədər davam etdiriləcək.Bazar rəhbərliyi onuda bildirdi ki,əgər xəbərsiziz olaraq bazar ərazisində bu məhsullar satılarsa dərhal onunla bağlı ciddi tədbirlər görüləcək.
Qeyd edək ki,dabaq xəstəliyinn inkubasiya dövrü 14 gün çəkir və bu müddətdən sonra baytar mütəxəssislərinin razılığı əsasında xəstəliyi sağalmış mal qaranın süd və qatığında istifadə etmək mümkündür.