Ağdaşda ilk dəfə “Heyva Festivalı” keçirilib.
DenMedia.az xəbər verir ki, Festivalda Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatları Sahib Alıyev və Məzahir Əfəndiyev, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, DOST” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin rezidentləri, KOBİA və müxtəlif dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və çoxsaylı rayon sakinləri iştirak ediblər.
Qonaqlar və tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər.Daha sonra Heydər Əliyev meydanında keçirilən açılış mərasimində Heyvaçiçəyi obrazında olan qızın salamlaması ilə tədbir rəmzi ruh qazanıb, festival şarların havaya buraxılması ilə rəngarəng şəkildə açılıb.Festival çərçivəsində qonaqlara yerli heyva məhsulları, kulinariya nümunələri, dulusçuluq, keramika, xalçaçılıq, dekorativ toxuculuq, eco-art və ebruli sənəti, həmçinin körpələr evi-uşaq bağçalarının səhnəcik və rəqsləri, viktorina, robot texnikası və STEAM layihələri, həmçinin “DOST” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin sərgiləri, floristika, rəsm və plener guşələri, eləcə də idmançı və kəndirbazların çıxışları, sahibkarlıq subyektlərinin məhsulları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Festival konsert proqramı ilə başa çatıb.

