Sumqayıtda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Denmedia.az xəbər verir ki, şəhərin əsas meydanında yerləşən Ulu Öndərin abidəsi ziyarət olunub.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər bələdiyyəsinin sədri, müavinləri, üzvləri, müxtəlif idarə və müəssisələrin kollektivləri, həmçinin şəhər sakinləri iştirak ediblər.
İştirakçılar Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidənin önünə gül dəstələri düzüblər.
Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ölkənin inkişafı, dövlətçiliyin möhkəmləndirilməsi və Sumqayıtın sosial-iqtisadi yüksəlişi istiqamətində xidmətlərindən bəhs edilib. Qeyd olunub ki, Heydər Əliyevin siyasi irsi bu gün də ölkədə həyata keçirilən islahatların və sabit inkişafın əsasını təşkil edir.
Tədbir sakinlərin və rəsmilərin Ulu Öndərin xatirəsinə hörmət və ehtiramını ifadə edən ziyarət proqramı ilə davam edib.




