Azərbaycanda dövlət teatrlarında baş rejissor vəzifəsi ləğv edilib.
Bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidməti APA-nın sorğusuna cavab olaraq məlumat verib.
Bildirilib ki, müvafiq qərar dövlət teatrlarında idarəetmə sisteminin təkmilləşdirilməsi çərçivəsində qəbul olunub.

