Yevlax şəhəri 2027-ci il üçün Azərbaycanın “İdman paytaxtı” elan olunub.
Məlumata görə, namizəd şəhərlərin təqdimatları Gənclər və İdman Nazirliyinin kollegiya iclasında keçirilib.
Səsvermənin nəticələrinə əsasən, “İdman paytaxtı” statusu Yevlax şəhərinə verilib.
Bu status çərçivəsində il ərzində Yevlaxda müxtəlif idman tədbirlərinin keçirilməsi planlaşdırılır.

