Xəzər və Binəqədi rayonlarının icra başçıları su basmış ərazilərə gəlib.
DenMedia.az report-a istinadən xəbər verir ki, yağıntının sutkalıq normanı xeyli aşması səbəbindən bəzi ərazilərdə kollektorlar vasitəsilə suyun axıdılmasında problemlər yaranıb.
Bu səbəbdən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Şüvəlan qəsəbəsinə səfər edib, burada subasma halları qeydə alınıb.
Eyni zamanda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev rayon ərazisində baş vermiş qəza yerinə gəlib.
“Rayon rəhbərləri aidiyyəti qurumlara yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.”
Bununla yanaşı, monitorinq qrupları şəhərdə digər problemli əraziləri də müəyyən edir və məlumatları Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ötürür.
Hazırda yağıntının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


