AXCP sədri Əli Kərimlinin mühafizəçisi işləmiş Novruz Tağıyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
DenMedia.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq N.Tağıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən ev alqı-satqı məsələlərində vasitəçiliklə məşğul olub. O, buna görə vətəndaşın 71 min manatını alaraq mənimsəməkdə təqsirləndirilib.
N.Tağıyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham elan edilib.


