Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin keçirdiyi əməliyyatlar nəticəsində ölkədə qanunsuz yaşayan 55 nəfər əcnəbi saxlanılıb.
Məlumata görə, saxlanılanlar arasında Azərbaycan, Banqladeş, Belarus, İordaniya, Qırğızıstan, Kot-d’İvuar, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşları var, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Hüquq-mühafizə orqanları onların yaşadığı və işlədiyi ünvanlarda yoxlamalar aparıb və miqrasiya qanunvericiliyinin pozulduğunu müəyyən edib.
Hazırda saxlanılan şəxslər müvəqqəti yerləşdirmə mərkəzinə aparılıb və onların ölkədən çıxarılması istiqamətində tədbirlər görülür.
Qeyd olunur ki, Gürcüstanda son dövrlər qanunsuz miqrasiyaya qarşı mübarizə gücləndirilib, qanunvericilik daha sərtləşdirilib.

