Bakının Hərrac Mərkəzində 29 aprel tarixində ləğv prosesində olan Bank of Azerbaijan və Dəmir Bankın daşınmaz əmlakının satışı üzrə hərrac keçiriləcək. Mayın 13-də isə AtaBank, Dəmir Bank və AGBank-a məxsus əmlaklar hərraca çıxarılacaq.
Hərrac tarixləri ilə bağlı məlumatı bankların ləğvedicisi — Azərbaycan Əmanətlərin Sığortalanması Fondu yayıb.
Qeyd olunur ki, Bank of Azerbaijan-ın lisenziyası 18 yanvar 2016-cı ildə, Dəmir Bankın lisenziyası 23 dekabr 2017-ci ildə, AtaBank-ın lisenziyası 28 aprel 2020-ci ildə, AGBank-ın lisenziyası isə 12 may 2020-ci ildə ləğv edilib.

