ABŞ Prezidenti Donald Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Evin yaxınlığında saxlanılıb.
Fox News telekanalı ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə istinadən xəbər verir ki, ölkədə qanunsuz yaşayan şəxs noyabrın 5-də axşam saatlarında Məxfi Xidmət əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə Vaşinqtonun Konstitusiya prospektində baş verib. Əməkdaşlar park edilmiş avtomobildəki şəxsin şübhəli davranışlarını görərək ona yaxınlaşıblar.
Həmin şəxs başında eşitdiyi səslərin ona Vaşinqtona gedərək Trampı öldürməyi əmr etdiyini söyləyib.
Avtomobilə baxış zamanı odlu silah və döyüş sursatı aşkarlanıb.

