ABŞ Konqresindəki demokratlar Prezident Donald Trampın fəaliyyətinin genişmiqyaslı araşdırılması üçün hüquqi zəmin hazırlayırlar. Araşdırmaların dövlət başçısının ailə üzvlərini, “SpaceX” şirkətinin rəhbəri İlon Maskı və Ağ Ev administrasiyasının əməkdaşlarını da əhatə edə biləcəyi gözlənilir.
“Reuters” agentliyinin məlumatına görə, noyabrın 3-də keçirilən aralıq seçkilərdən sonra Demokratlar Partiyasının bir sıra nümayəndələri Trampa qarşı dərhal impiçment proseduruna başlanılmasına çağırıblar.
Lakin partiya rəhbərliyi ilkin mərhələdə mümkün araşdırmalar üçün hüquqi əsasların toplanmasına və ittihamların hazırlanmasına üstünlük verib.
Araşdırmaların Trampın oğullarını, İlon Maskı və prezident administrasiyasının bir sıra rəsmilərini də əhatə edə biləcəyi bildirilir.
Amerikanın “Arnold & Porter” hüquq şirkətinin Konqresin nəzarət fəaliyyəti üzrə mütəxəssisi Reyçel Kotton agentliyə açıqlamasında genişmiqyaslı araşdırmaların aparılacağını proqnozlaşdırıb.
“Həm prezident administrasiyasını, həm də özəl sektoru hədəf alan çoxsaylı, sərt və genişmiqyaslı araşdırmaların aparılacağını gözləyirik”, – deyə Kotton vurğulayıb.

